ADDRESS HERE LATER” ünvanı üzrə qeydiyyata alınmış “EG’s — Web & Entrepreneurship” MMC tərəfindən idarə olunan “www.drive2.az” saytına xoş gəlmisiniz. Vergiqoyma kodu və VÖEN “ID HERE LATER“. Hazırkı İstifadənin ümumi müddəaları və şərtləri istifadəçilərin (bundan sonra – “İstifadəçi/lər”, “Siz”) “www.drive2.az” saytına daxil olmasını və saytdan istifadəsini reqlamentləşdirir. “ww.drive2.az” saytına daxil olma, saytdan istifadə, eləcə də “ww.drive2.az” saytında təklif olunan məhsulların əldə olunması hazırkı İstifadənin ümumi müddəalarının və şərtlərinin tərəfinizdən oxunduğu, onların sizə aydın olduğu və qəbul olunduğu ehtimalına əsaslanır.

Hər hansı köməyə ehtiyacınız olduqda, “Yardım” bölməsinə daxil olun. Həmin bölmədə məhsulların əldə olunması, çatdırılması, ödənişlərin geri qaytarılması və “www.drive2.az” saytından əldə edilmiş məhsulların geri qaytarılması haqqında məlumatlar, həmçinin “www.drive2.az” saytında qeydiyyatdan keçmək üçün forma, müxtəlif məsləhət və tövsiyələr və “www.drive2.az” saytında göstərilən xidmətlər barədə digər ümumi məlumatlar yerləşdirimişdir. Unutmayın ki, Müştəri xidməti üzərindən hər zaman “www.drive2.az” saytı ilə əlaqə saxlaya bilərsiniz. Hər hansı digər hüquqi xarakterli məlumat əldə etmək üçün “www.drive2.az” internet səhifəsinin aşağıdakı bölmələrinə daxil olun: Məxfilik SiyasətiQaytarma Siyasəti. Hazırkı İstifadənin ümumi müddəaları və şərtlərinə “EG’s — Web & Entrepreneurship” MMC tərəfindən edilən istənilən düzəlişlər və ya onların yenilənməsi hazırkı bölmədə dərc edildikdən sonra qüvvəyə minir. Bununla əlaqədar olaraq, hazırkı İstifadənin ümumi müddəaları və şərtlərinin son versiyası ilə tanış olmaq üçün bu bölməni vaxtaşırı nəzərdən keçirməyinizi xahiş edirik. Hazırkı İstifadənin ümumi müddəaları və şərtləri ilə tam və ya qismən razılaşmadığınız halda, “www.drive2.az” saytından istifadə etməməyinizi xahiş edirik.

İstifadəçilərimiz tərəfindən “www.drive2.az” saytına daxil olma və saytdan istifadə, o cümlədən internet səhifələrin nəzərdə keçirilməsi, mövcud mallar haqqında məlumatın yüklənməsi və alış-verişin həyata keçirilməsi müstəsna olaraq heç bir şəkildə ticarətlə, bizneslə və ya hər hansı peşə fəaliyyəti ilə əlaqədar olmayan şəxsi məqsədlər üçün həyata keçirilir. Unutmayın ki, siz “www.drive2.az” saytının və onun ehtiva etdiyi məlumatların istifadəsinə görə məsuliyyət daşıyırsınız.”EG’s — Web & Entrepreneurship” MMC qüvvədə olan qanunvericiliyə və normativ aktlara uyğun hərəkət etməyən istifadəçilər tərəfindən “www.drive2.az” saytının və onun ehtiva etdiyi məlumatların istifadə olunmasına görə heç bir məsuliyyət daşımır, bu isə “EG’s — Web & Entrepreneurship” MMC-nin qərəzli hüquq pozuntularına və kobud ehtiyatsızlığa görə məsuliyyəti ilə heç bir ziddiyyət təşkil etmir. Xüsusən də, siz qeyri-düzgün və ya yanlış məlumatların ötürülməsinə görə, üçüncü şəxslərin razılığını almadan onlara aid olan məlumatların ötürülməsinə görə, həmçinin bu cür məlumatların lazım olmayan formada istənilən istifadəsinə görə məsuliyyət daşıyırsınız.

Bundan əlavə, bütün materiallar istifadəçi tərəfindən öz riski hesabına seçdiyi metodlarla yükləndiyindən və ya digər qaydada əldə olunduğundan, kompüter sistemlərinə vurulan istənilən zərərə, və ya yükləmə nəticəsində məlumatların itirilməsinə görə məsuliyyət müstəsna olaraq istifadəçinin üzərinə düşür, “EG’s — Web & Entrepreneurship” MMC şirkəti buna görə heç bir məsuliyyət daşımır. “EG’s — Web & Entrepreneurship” MMC şirkəti xidmətlərinin əlçatan olmaması nəticəsində vurulmuş hər hansı zərərə görə, eləcə də viruslar, zədələnmiş fayllar, xətalar, quraşdırmada buraxılan boşluqlar və natamamlıqlar, rabitənin kəsilməsi, məzmunun silinməsi, şəbəkə, kompüterin və ya telefonun İnternet şəbəkəsinə qoşulma provayderləri, məlumatların ötürülməsi ilə bağlı problemlər, icazəsiz daxil olma, məlumatların dəyişdirilməsi, istifadəçinin aparat təminatının və ya hər hansı digər elektron avadanlığın xarab olması və / və ya nasazlığı nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşımır.

İstifadəçi şəxsi məlumatlarının, o cümlədən məhdud əlçatanlığa malik veb-saytlara daxil olmaq üçün istifadəçi adının və parolunun məxfiliyinin qorunub saxlanmasına və lazımi qaydada istifadə olunmasına görə, həmçinin bu cür məlumatın lazımi qaydada istifadə edilməməsi, itirilməsi, məhv edilməsi, silinməsi və ya açıqlanması nəticəsində “EG’s — Web & Entrepreneurship” MMC şirkətinə və ya üçüncü şəxslərə vurula biləcək hər hansı ziyana, zərər və ya itkilərə görə məsuliyyət daşıyır.

Məxfilik siyasəti

Alış-veriş etmədən də “www.drive2.az” saytına daxil olan və saytın müvafiq xidmətlərindən istifadə edən istifadəçilərə belə şamil olunan “Məxfilik Siyasətimiz”lə tanış olmağı tövsiyə edirik. Məxfilik siyasəti sizin şəxsi məlumatlarınızı hansı qaydada və hansı məqsədlə topladığımızı və emal etdiyimizi anlamaqda sizə yardım edəcək.

Əqli mülkiyyət hüquqları

“www.drive2.az” saytının məzmunu, o cümlədən, xüsusilə “www.drive2.az” saytında yerləşdirilən əsərlər, təsvirlər, fotoşəkillər, dialoqlar, musiqi, səs kontenti, videomateriallar, sənədlər, rəsmlər, qrafik elementlər, loqotiplər və istənilən digər materiallar, eyni zamanda menyunun, veb-səhifələrin tərtibatı, qrafik elementlər, rənglər, sxemlər, alətlər, şriftlər, veb-saytın dizaynı, diaqramlar, səhifələrin maketləri, emal üsulları, proseslər, “www.drive2.az” saytının bir hissəsini təşkil edən funksiya və proqram təminatı, müəllif hüquqları ilə və “EG’s — Web & Entrepreneurship” MMC şirkətinə və müvafiq hüquq sahiblərinə məxsus olan digər əqli mülkiyyət hüquqları ilə müdafiə olunur. “EG’s — Web & Entrepreneurship” MMC şirkətinin qabaqcadan yazılı icazəsi alınmadan “www.drive2.az” saytının və burada paylaşılanların hər hansı formada tam və ya qismən təkrarlanmasına yol verilmir. “EG’s — Web & Entrepreneurship” MMC şirkəti “www.drive2.az” saytının və burada paylaşılanların birbaşa və ya dolayısı ilə, müvəqqəti və ya müddətsiz, istənilən üsulla və istənilən formada, tam və ya qismən təkrarlanmasına icazə vermək və ya bunu qadağan etmək üçün müstəsna hüquqa malikdir.

“www.drive2.az” saytından istifadəyə gəldikdə, sizə yalnız onun içərisindəkiləri istifadə etmək üçün icazə verilir. Bu halda siz həmçinin müvəqqəti təkrar etmə üzrə qısamüddətli və ya təsadüfi olan və “www.drive2.az” saytının və burada paylaşılanların əks olunmasının ayrılmaz və zəruri hissəsini təşkil edən, və iqtisadi əhəmiyyət kəsb etməyən bütün digər hərəkətləri yerinə yetirmək hüququna maliksiniz. Siz “www.drive2.az” saytını və burada paylaşılanları heç bir vasitə ilə və heç bir formada, nə tam, nə də qismən təkrarlamaq hüququna malik deyilsiniz. Hər dəfə hər təkrar etmədən əvvəl “EG’s — Web & Entrepreneurship” MMC şirkətindən, və ya, zərurət yarandıqda, “www.drive2.az” saytında yerləşdirilən əsərlərin müəlliflərindən qabaqcadan müvafiq icazə alınmalıdır. Bu cür təkrarlama qanuni məqsədlə və “EG’s — Web & Entrepreneurship” MMC şirkətinə və “www.drive2.az” saytında yerləşdirilən əsərlərin müəlliflərinə məxsus olan müəllif hüquqlarının və digər əqli mülkiyyət hüquqlarının müdafiə normalarına uyğun olaraq həyata keçirilməlidir.

“www.drive2.az” saytında yerləşdirilən əsərlərin müəllifləri istənilən vaxt həmin əsərlərə olan hüquqlarını bəyan etmək və əsərlərinin istənilən formada təhrif olunmasına və ya digər şəkildə dəyişdirilməsinə, o cümlədən həmin əsərlərin onların şərəf və ləyaqətinə ziyan vura biləcək istənilən formada korlanmasına qarşı etiraz bildirmək hüququna malikdir. Siz əsərləri “www.drive2.az” saytında yerləşdirilmiş müəlliflərin və “www.drive2.az” saytında müstəsna və ya qeyri-müstəsna şəkildə paylaşma üçün nəzərdə tutulmuş və həmin saytın ayrılmaz hissəsi olan yeni ifadə formalarının və ya yeni bədii əsərlərin yaradılmasında “www.drive2.az” saytı ilə əməkdaşlıq etmiş müəlliflərin, müəllif hüquqlarının qorunmasını təmin etməyi öhdənizə götürürsünüz. Heç bir halda və heç bir üsulla və heç bir formada “www.drive2.az” saytının ehtiva etdiyi məlumatları və ya müəllif hüququ ilə və ya digər əqli mülkiyyət hüquqları ilə müdafiə olunan hər hansı ayrıca əsəri istifadə etmək hüququna malik deyilsiniz. Xüsusilə, “EG’s — Web & Entrepreneurship” MMC şirkətindən, və ya, zərurət yarandıqda, “www.drive2.az” saytında yerləşdirilən hər bir əsərin müəlliflərindən qabaqcadan müvafiq icazə almadan veb-kontenti və ya müəllif hüququ ilə müdafiə olunan hər hansı əsəri dəyişdirmək və ya modernləşdirmək hüququna malik deyilsiniz.

Ticarət nişanları və domen adları

“EG’s — Web & Entrepreneurship” MMC şirkəti “EG’s — Web & Entrepreneurship” və “www.drive2.az” loqotiplərinin və qeydiyyata alınmış ticarət nişanlarının, həmçinin “EG’s — Web & Entrepreneurship” sözünü və “www.drive2.az” domen adını ehtiva edən istənilən digər nişanların müstəsna mülkiyyətçisidir.

“www.drive2.az” saytında satılan və həmin saytda yerləşdirilmiş məhsulların identifikasiyası üçün istifadə olunan bütün digər nişanlar müvafiq sahibləri tərəfindən qeydiyyata alınmış ticarət nişanları olmaqla, müstəsna olaraq “www.drive2.az” saytında təklif olunan məhsulların identifikasiyası, təsviri və reklam olunması məqsədi ilə istifadə olunur. “EG’s — Web & Entrepreneurship” MMC şirkəti və qeydiyyata alınmış ticarət nişanlarının bütün digər sahibləri mülkiyyətçisi olduğu ticarət nişanlarından istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Siz “EG’s — Web & Entrepreneurship” şirkətinin və ya saytda yerləşdirilən qeydiyyata alınmış digər ticarət nişanlarının sahiblərinin razılığını almadan həmin ticarət nişanlarını hər hansı malların və ya xidmətlərin identifikasiyası üçün istifadə etmək hüququna malik deyilsiniz.

Hazırkı saytda yerləşdirilən və “www.drive2.az” saytında təqdim olunan məhsullara aid olan ticarət nişanlarının əksəriyyəti ictimaiyyətə və “www.drive2.az” saytının istifadəçilərinə yaxşı məlum və tanışdır.

Bu cür ticarət nişanlarının qeyri-qanuni və ya icazəsiz istifadəsi qadağandır və ciddi hüquqi nəticələrə gətirib çıxara bilər. “www.drive2.az” saytında yerləşdirilən bu cür ticarət nişanları və istənilən digər məşhur nişanlar heç bir şəkildə onların məşhurluğu və nüfuzu sayəsində, qazanılmamış üstünlük əldə etmək üçün və ya həmin nişanlara və onların sahiblərinə ziyan vurmaq məqsədi ilə istifadə oluna bilməz.

Digər internet səhifələrinə keçidlər

“www.drive2.az” saytı onunla heç bir şəkildə əlaqəli olmayan digər saytlara hiperkeçidlər (“keçidlər”) ehtiva edir. “EG’s — Web & Entrepreneurship” şirkəti həmin veb-saytların nə əməliyyatlarını, nə də onların kontentini izləmir və onlara nəzarət etmir. “EG’s — Web & Entrepreneurship” şirkəti həmin veb-saytlarda yerləşdirilənlərə görə və həmin veb-saytlara daxil olarkən, sizin şəxsi məlumatlarınızın məxfiliyi və emalı barəsində onlar tərəfindən qəbul edilmiş qaydalara görə məsuliyyət daşımır. Bu səbəbdən sizdən “www.drive2.az” saytında yerləşdirilən keçidlər üzrə digər veb-saytlara daxil olarkən ehtiyatlı olmağı və onların istifadə şərtləri və məxfilik siyasəti ilə diqqətlə tanış olmağı xahiş edirik. Xatırladırıq ki, hazırkı İstifadənin ümumi müddəaları və şərtləri və məxfilik siyasəti üçüncü tərəflərin veb-saytlarına şamil olunmur. “www.drive2.az” digər veb-saytlara olan keçidləri bilavasitə öz istifadəçilərinə axtarış və naviqasiya məsələlərində kömək etmək və İnternet şəbəkəsinin digər saytlarına keçidi asanlaşdırmaq məqsədi ilə yerləşdirir. Başqa veb-saytlara keçidlərin yerləşdirilməsi “EG’s — Web & Entrepreneurship” şirkətinin öz istifadəçilərinə həmin saytlara daxil olmağı və onlardan istifadə etməyi tövsiyə etdiyi anlamına gəlmir və həmin veb-saytlarda yerləşdirilənlərin, İnternet şəbəkəsinin istifadəçilərinə təqdim olunan və satılan xidmətlərin və malların zəmanətçisi rolunu oynamır.

“www.drive2.az” saytında keçidlər

“www.drive2.az” saytının ana səhifəsində və ya veb-saytın digər ümumi əlçatan səhifələrində keçid yerləşdirmək istədikdə sayhello@drive2.az elektron poçt ünvanına sorğu göndərməklə “EG’s — Web & Entrepreneurship” şirkəti ilə əlaqə saxlaya bilərsiniz. “www.drive2.az” saytında keçid yerləşdirmək üçün bizdən razılıq almağınız vacibdir. “EG’s — Web & Entrepreneurship” şirkəti keçidlərin ödənişsiz və qeyri-müstəsna əsaslarla yerləşdirilməsinə icazə verir. “www.drive2.az” saytında keçid yerləşdirmək niyyətində olan müraciətçi əvvəllər biznesin aparılmasında qeyri-sağlam metodlara və ya sahələr üzrə standartlara uyğun olmayan metodlara əl atmış olduğu, və ya “EG’s — Web & Entrepreneurship” şirkətinə və onun təchizatçılarına qarşı qeyri-sağlam rəqabətdə iştirak etdiyi halda, həmçinin “EG’s — Web & Entrepreneurship” şirkəti müraciətçi tərəfindən gələcəkdə də bu cür metodlardan istifadə ediləcəyindən ehtiyat etdiyi halda, habelə müraciətçi əvvəllər “EG’s — Web & Entrepreneurship” şirkəti və “www.drive2.az” saytını nüfuzdan salmaq məqsədilə tədbirlər gördüyü halda, yaxud “EG’s — Web & Entrepreneurship” şirkəti müraciətçi tərəfindən gələcəkdə də bu cür tədbirlərin görüləcəyindən ehtiyat etdiyi halda “EG’s — Web & Entrepreneurship” şirkəti öz veb-saytında müəyyən keçidlərin istifadə olunmasını qadağan etmək hüququna malikdir. İstənilən halda “EG’s — Web & Entrepreneurship” şirkətindən yazılı razılıq almadan “www.drive2.az” saytında dərin keçidlər (məsələn, dərin freymlər) yerləşdirmək və ya icazə verilməyən meta-teqlərdən istifadə etmək qadağandır.

Məzmuna görə məsuliyyətin məhdudlaşdırılması

“EG’s — Web & Entrepreneurship” şirkəti öz internet səhifələrində fiziki və ya psixoloji zorakılıq hallarının təsvir və ya təqdim olunduğu məzmunların və ya “www.drive2.az” istifadəçilərinin qavrayışına əsasən istənilən forma və üsullarla ifadə olunmaqla mülki prinsipləri və ya insanın hüquq və ləyaqətini pozan məlumat kimi nəzərdən keçirilə bilən məlumatların yerləşdirilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmüşdür. İstənilən halda “EG’s — Web & Entrepreneurship” şirkəti saytlarda yerləşdirilənlərin Azərbaycanın hüdudlarından kənarda, digər ölkələrdə yol verilən və ya qanuni hesab olunacağına dair zəmanət vermir. Saytda yerləşdirilən məlumat sizin ölkənizdə hüquqazidd və ya qeyri-qanuni hesab olunursa, o zaman bizim internet səhifələrimizə daxil olmayın. Buna baxmayaraq saytlara daxil olduğunuz halda bildiririk ki, “EG’s — Web & Entrepreneurship” şirkəti tərəfindən təklif olunan xidmətlərdən istifadə etməyiniz birbaşa sizin məsuliyyətinizə aiddir. Həmçinin, “EG’s — Web & Entrepreneurship” şirkəti “www.drive2.az” saytında yerləşdirilən məlumatın dəqiq və etibarlı olması və ya yerləşdirildiyi an üçün artıq köhnəlmiş olan məlumatları ehtiva etməməsi üçün tədbirlər görmüşdür. Lakin qərəzli hüquq pozuntularına və kobud ehtiyatsızlığa görə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş digər hallara görə məsuliyyət istisna olmaqla, “EG’s — Web & Entrepreneurship” şirkəti “www.drive2.az” saytında yerləşdirilən informasiyanın dəqiqliyinə və tamlığına görə məsuliyyət daşımır.

Bundan başqa, “EG’s — Web & Entrepreneurship” şirkəti “www.drive2.az” saytının İnternet şəbəkəsinə qoşulmaqla əlaqədar olaraq fasiləsiz, xətasız və ya gecikməsiz işləməsinə zəmanət verə bilməz. Bizim internet səhifələrimizin istifadəsi ilə bağlı hər hansı problem yarandığı halda Müştəri xidmətimizlə əlaqə saxlayın. Şirkətimizin nümayəndəsi saytlarımıza girişi bərpa etməklə bağlı sizə mümkün olan hər cür köməklik göstərəcək. Qoşulduğunuz İnternet-provayderə müraciət edin və ya İnternet şəbəkəsinə qoşulmaq və veb-məzmuna daxil olmaq üçün bütün qurğuların, o cümlədən sizin internet brauzerinizin düzgün işlədiyindən əmin olun. “EG’s — Web & Entrepreneurship” şirkəti tərəfindən internet səhifələrinə daxil olmanın fasiləsiz təminatı üçün bütün mümkün səylərin göstərilməsinə baxmayaraq, İnternet şəbəkəsinin və veb-məzmunun dinamik xarakterinə görə “www.drive2.az” saytının işində saytın yenilənməsi üçün tələb olunan fasilələr və ya dayanmalar baş verə bilər. “EG’s — Web & Entrepreneurship” şirkəti məlumat bazasına icazəsiz daxil olma və istifadənin qarşısını almaq, sayt istifadəçiləri haqqında məxfi və ya qeyri-məxfi məlumatların yayılması, məhv edilməsi və ya itirilməsi riskinin və ya bu məlumatlara hüquqazidd və ya icazəsiz şəkildə girişin qarşısını almaq məqsədi ilə öz internet səhifələrinin mühafizəsi, şəbəkə trafikinin və elektron məlumatların qorunub saxlanılması üçün texniki və təşkilati təhlükəsizlik tədbirlərini görmüşdür.

Bizim biznes siyasətimiz

“EG’s — Web & Entrepreneurship” şirkəti onun xidmətləri və internet səhifələri üzərindən məhsulların yalnız son “istehlakçılara” satışının həyata keçirilməsi əsasında biznesin aparılması siyasətini qəbul edir. Ticarətə, biznesə və ya peşə fəaliyyətinə aid olmayan şəxsi məqsədlər üçün “www.drive2.az” saytına daxil olan istənilən fiziki şəxs “İstehlakçı” hesab olunur.

İstehlakçı olmadığınız təqdirdə “www.drive2.az” saytından məhsul almaqla bağlı xidmətlərimizdən yararlanmamağı sizdən xahiş edirik. “EG’s — Web & Entrepreneurship” şirkəti İstehlakçı olmayan istifadəçilərin sifarişlərini və ya Ümumi müddəalar və satış şərtlərinə və hazırkı İstifadənin ümumi müddəaları və şərtlərinə uyğun olmayan digər alış sifarişlərini qəbul etməmək hüququnu özündə saxlayır.

Mübahisəli məsələlərin həllini tənzimləyən qanunvericilik

Hazırkı İstifadənin ümumi müddəalarını və şərtlərini tənzimləyən qanunvericilik istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyi hesab olunur.

“EG’s — Web & Entrepreneurship” şirkəti ilə İstehlakçı arasında hazırkı İstifadənin ümumi müddəaları və şərtləri ilə əlaqədar mübahisəli məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün olmadığı halda tətbiq olunan qanunvericiliyə uyğun olaraq məhkəmə qismində İstehlakçının yaşadığı və ya qeydiyyatda olduğu yer üzrə yerləşən məhkəmə, və ya sizin birbaşa ifadə olunmuş sorğunuza əsasən Azərbaycan, Bakı şəhərində yerləşən məhkəmə çıxış edəcək.

Daxil Ol




Qeydiyyat




Şifrə Sıfırlama

Zəhmət olmasa istifadəçi adınızı və ya e-poçt adresinizi daxil edin, e-poçt vasitəsilə yeni bir şifrə yaratmaq üçün bir əlaqə alacaqsınız.